Rusiyanın Tümen şəhərində yük maşınının təkəri altına qalan gənc qız dünyasını dəyişib. Avtosfer.az hadisə iyulun 20-də günorta saatlarında “Qubernsk” küçəsində qeydə alınıb.
Məlumata görə, adı açıqlanmayan 15 yaşlı qız yolu keçməyə çalışarkən, hərəkətdə olan “Kamaz” markalı yük maşını onu vurub. Qəza nəticəsində yeniyetmə qız yük maşının təkərinin altında qalaraq vəfat edib.
Şahidin sözlərinə görə, məktəbli dayanacağa yaxınlaşan avtobusa minmək üçün tələsirmiş.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man