Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 18-də saat 19 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakinləri F.Məhərrəmovun idarə etdiyi “Mercedes” və Rüstəm Hümbətovun idarə etdiyi moped toqquşub. Qəza zamanı xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Hümbətov orada ölüb.
Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man