Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 40 672 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi İtaliya (12 428), İspaniya (8 269), ABŞ (3 424), Çin (3 305), Fransa (3 024), İran (2 898), Böyük Britaniya (1 801) və Niderlandda (1 039) qeydə alınıb.
Qeyd edək ki, infeksiya indiyədək 201 ölkə və regionda qeydə alınıb.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Dünyada koronavirus infeksiyasına indiyədək 824 572 insan yoluxub. Virusdan sağalanların sayı 174 359 nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)