Əks zolağa keçən “Toyota” “Chevrolet”lə toqquşdu; 3 ölü, 1 yaralı - FOTO

Yol qəzaları 18 İyul 2020 | 23:00
OXUNUB: 1002

Rusiyanın Voronej əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 18-də “Voronej – Luqansk” avtomagistralının 116-cı kilometrliyində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, 38 yaşlı sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə, hərəkətdə olarkən qəfildən sükan idarəetməsini itirərək əks zolağa keçib və qarşıdan gələn 52 yaşlı sürücünün idarə etdiyi “Chevrolet” markalı minik maşını ilə toqquşub.

Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man