Bakıdan sərnişinləri Qazaxa aparmaq istəyən sürücü görün nə etdi - VİDEO

İctimai nəqliyyat 18 İyul 2020 | 01:37
OXUNUB: 7997

Qazax rayon sakini DİN-in Baş DYP İdarəsinə zəng edərək iyulun 10-da Bakıdan rayona getmək istəyən qızının Biləcəri dairəsində 15-BT-798 nömrəli mikroavtobusa mindiyini, sürücünün sərnişinlərə gediş haqqının 25 manat təşkil etməsini deməsinə baxmayaraq Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 65-ci km-də yerləşən karantin postundan polis əməkdaşlarına vermək adı ilə məcburi qaydada hər bir sərnişindən əlavə 20 manat tələb etdiyini, pulu verməyənləri isə təhqir edərək yolda düşürəcəyi ilə hədələdiyini bildirib.

Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilir ki, iyulun 11-i saat 01:30 radələrində qızını Ağstafa rayonunda qarşılayarkən ümumilikdə 40 manat pul almış sürücüyə bu hərəkətlərinin qanunazidd olduğunu söyləsə də sürücü onun sözlərinə əhəmiyyət verməyərək pulun yarısını postdakı polislərə verdiyini deyib. Şikayət əsasında həmin nəqliyyat vasitəsi saxlanılıb və şikayət edən vətəndaşın verdiyi məlumat təsdiqini tapıb. Belə ki, sürücü Abbaslı Niyaməddin Hüsaməddin oğlu həqiqətən də postda xidmət aparan polis əməkdaşlarına pul vermək adı ilə sərnişinlərdən əlavə pul alındığını etiraf edib və buna görə üzr istəyib. Lakin üzrhaqlıq etməsindən asılı olmayaraq törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün faktla bağlı toplanmış materiallar məhəkəməyə göndərilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man