Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə iyulun 16-da saat 8 radələrində qeydə alınıb.
Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini R.Afdanov idarə etdiyi “Hyundai” markalı avtobusla yolun kənarı ilə velosiped sürən Abşeron rayon sakini Ərəstun Tahirovu vurub.
Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man