Məktəbli mikroavtobusu “Kamaz”ın altına girdi; xəsarət alanlar var – FOTO + VİDEO

Yol qəzaları 16 İyul 2020 | 22:16
OXUNUB: 856

Rusiyanın Astraxan əyalətində məktəbli mikroavtobusunun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza Krasnoyarsk rayonunda qeydə alınıb.

Məlumata görə, içərisində məktəb məzunlarının və müəllimlərin olduğu mikroavtobus, sürücünün idarəetməsindən çıxaraq, eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük maşınına arxadan çırpılıb. Zərbənin şiddətindən mikroavtobusun ön hissəsi yük maşının altına girərək deformasiyaya uğrayıb.

Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edilir ki, mikroavtobusda ümumilikdə 6 nəfər olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man