İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 15:30 radələrində Qaraməryəm-İsmayıllı yolunun Kürdmaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin kənd sakini, 1975-ci il təvəllüdlü Əkbərov Həsən Ağalı oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü ağır xəsarətlər aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Sərnişin, 1975-ci il təvəllüdlü Tarverdiyeva Xanımqız Güləhməd qızı isə dünyasını dəyişib. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man