Çexiyada sərnişin və yük qatarlarının iştirakı ilə qəza baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Çeski-Brod şəhəri ərazisində qeydə alınıb. Bu barədə iyulun 15-də “ÇTK” informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, toqquşma nəticəsində Praqidən Reçanı-nad-Labemə gedən sərnişin qatarının maşinisti dünyasını dəyişib, daha 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 4-ün vəziyyəti ağır qiymətləndirilib.
Yaralılar, ambulansların köməkliyi ilə şəhər xəstəxanalarına çatdırılıblar.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man