Bakıda avtoxuliqanlıq edərək polisə tabesizlik göstərən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, Abşeron rayon sakini, Hacıyev Elnur Qulam oğlu idarə etdiyi 90 UF 635 dövlət nömrə nişanlı, "Chevrolet Lacetty" markalı avtomobil ilə paytaxtın Yasamal rayonu, Müzəffər Həsənov küçəsində əvvəlcə qoşa xəttin tələblərini pozaraq əks istiqamətə çıxıb.
Yol polisinin saxla işarəsinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərib. Sürücü Həsən bəy Zərdabi küçəsi istiqamətdə təhlükəli manevrlər edib. Ardınca geriyə dönərək 20 yanvar dairəsi istiqamətində hərəkət edib. Yol polisi əməkdaşları onu dairədə saxlamağa müvəffəq olublar.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Elnur Hacıyev bir il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati qaydada həbs olunub.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man