Dinozavrların indiki Alyaska ərazisində yaşamasına və çoxalmasına dair sübutlar tapılıb

Maraqlı 14 İyul 2020 | 09:22
OXUNUB: 767

Paleontoloq alimlərin aşkar etdikləri daşlaşmış heyvan qalığı dinozavrların indiki Alyaska ərazisində yaşaması və çoxalması haqqında nəzəriyyəni təsdiq edir. Bu barədə “New York Post” qəzeti məlumat yayıb. London İmperial Kollecindən Alfio Alessandro Kyarentsının rəhbərliyi ilə bir qrup alim Alyaskanın şimalında domeozavrid (onlar yırtıcı olub) fəsiləsinə aid cavan dinozavrın çənə sümüyündən bir hissə aşkar ediblər. Paleontoloqların fikrincə, tapılmış sümük qalığı aşkar olunduğu yerin yaxınlığında doğulmuş dinozavra məxsus olub. Söhbət 70 milyon il əvvəl yaşamış dinozavrın uzunluğu 14 mm olan alt çənəsinin daşlaşmış sümüyündən gedir.

Tədqiqatçılardan Toni Fyorillo vurğulayıb ki, indiyədək alimlər dinozavrların şimal rayonlarında ilboyu yaşayıb-yaşamadığı və ya o yerlərə miqrasiya etməsi barədə mübahisə ediblər. Lakin cavan dinozavrın çənəsinin qalıqlarının tədqiqi ilə əldə olunan nəticə bəzi dinozavrların şimalda nəinki yaşaması, həmçinin çoxalması barədə ilk fiziki sübutu təqdim edir. Tədqiqatın nəticələri alimləri “dinozavrların yaşamaq və çoxalmaq üçün soyuq iqlimi münasib hesab etməsi” fikrinə yönəldir və qarşıda duran məsələ bunu təsdiq etməkdir. (Azərtac)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man