Bakıda "Hyundai" "Kamaz"a çırpıldı, bir ailənin 4 üzvü xəsarət aldı - FOTO
Yol qəzaları14 İyul 2020 | 00:17
OXUNUB: 1615
Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. "Hyundai" markalı avtomobili idarə edən Sadiq Abbasov sükana nəzarəti itirib. Avtomobil dəmir yolu xətti keçidindəki səkiyə çırpılıb. Zərbənin gücündən nəqliyyat vasitəsi yol kənarında dayanan "KamAZ" markalı yük avtomobilinə də dəyib. Sürücü S. Abbasov və onun həyat yoldaşı, bacısı, anası ağır xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadası gəlib. Yaralılar xəstəxanaya aparılıb. //APA