Bakıda narkoman “avtoş” həbs edildi – 90 UG 764 - FOTO

Nəqliyyat xəbərləri 13 İyul 2020 | 16:01
OXUNUB: 7179

Dünən gecə saat 1 radələrində Nəsimi rayonu ərazisində avtoxuliqanlıq edərək əhalinin dincliyini və yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs yol polisi tərəfindən saxlanılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, 32 yaşlı Perarin Emin Fikrət oğlu idarə etdiyi 90 UG 764 dövlət nömrə nişanlı “Volkswagen Golf” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib. Yol polisləri və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Emin Perarinin narkotik vasitənin təsiri altında olduğu üzə çıxıb. Bundan başqa, sürücü karantin qaydalarını da pozub. Onun barəsində toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 211, 333 və 511-ci maddələri ilə təqsirıi bilinən Emin Perarin 30 gün müddətinə inzibati qaydada həbs edilib. Onun sürücülük hüququ isə 1 il müddətinə məhdudlaşdırılıb.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man