Almaniyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər vəfat edib. Avtosfer.az xəbər verir ki, insident iyulun 12-də axşam saatlarında Baden-Vürtemberq federal torpaqlarında qeydə alınıb. Bu barədə Karlsrue polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təyyarə Raynştetten şəhəri yaxınlığında yerləşən meşəlik əraziyə düşüb.
Bildirilir ki, xilasedicilər hadisə yerindən 61 yaşlı pilotun və 54 yaşlı sərnişinin cəsədlərini aşkarlayıblar.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man