Azyaşlı qızlar sərxoş halda maşın qaçırdı – Şəhərdə ŞOU - VİDEO

Nəqliyyat TV 13 İyul 2020 | 13:07
OXUNUB: 2263

Rusiyanın Moskva şəhərində iki yeniyetmə qız avtomobil oğurlayaraq qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 12-də səhər saatlarında “Nijeqorodsk” küçəsində qeydə alınıb.

Məlumata görə, 2004 və 2005-ci il təvəllüdlü 2 azyaşlı qız “Dinamovsk” küçəsində “QAZ-3102” markalı avtomobili qaçırıb. Yolda bir müddət irəlilədikdən sonra ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşları onları fərq edərək “Saxla” əmri verib. Ancaq yeniyetmələr polisin tələbinə məhəl qoymayaraq hərəkəti davam etdirib. Polis əməkdaşlarının təqibdən qaçan qızlar, döngədə məsafəni düzgün nəzərə almayaraq “Volqa”nı yol kənarında park edilmiş “Nissan” markalı avtomobilə vurub. Zərbənin təsirindən “QAZ-3102” arxası üstə çevrilib.

Qəza nəticəsində xəsarət alan qızlar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, azyaşlılar sükan arxasında sərxoş olublar.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man