Hindistanda təmiri davam edən körpü çöküb. Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, insident Uttarahand şəhərində qeydə alınıb.
Məlumata görə, Lilama-Cohar vadisinə gedən yolun üzərində yerləşən və təmirdə olan körpünün konstruksiyası, ekskavator daşıyan yük avtomobilinin ağırlığına tab gətirə bilməyərək uçub.
Bildirilir ki, hadisə zamanı ölən olmasa da, yük avtomobilinin sürücüsü və daha bir neçə nəfər ciddi xəsarətlər alıblar.
Qəzanın görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az həmin kadrları təqdim edir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man