Bakı-Qazax avtomagistralında iki yük maşını toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib.
Paytaxt istiqamətində hərəkətdə olan qarpızla yüklənmiş “QAZel” markalı avtomobil eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşını ilə toqquşub.
Zərbənin təsirindən “QAZel” idarəetmədən çıxaraq, yol kənarına düşüb. Daşıdığı qarpız isə magistral yolun hərəkət hissəsinə dağılıb.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, Samux sakininin əkib-becərdiyi üç tona yaxın qarpız yola dağılaraq, yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man