Su kanalına düşən avtobus aşıb bir neçə metr sürükləndi; 33 nəfər xəsarət aldı - FOTO

Yol qəzaları 10 İyul 2020 | 13:22
OXUNUB: 782

Türkiyənin Balıkesir əyalətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Susurluk rayonunda qeydə alınıb.

Məlumata görə, O.S.-nin idarə etdiyi 61 S 1538 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, hərəkətdə olarkən hələlik məlum olmayan səbəblərdən idarəetmədən çıxıb və yol kənarındakı su kanalına düşərək aşıb. Avtobus zərbənin təsirindən bir neçə metr sürüklənib. Qəza nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlardan 28 nəfər müayinədən keçirildikdən sonra evə buraxılıblar, qalan 5 nəfər isə müalicəsi davam etdirilir.

Sürücü isə polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man