Nazirlik istədi, “Bandotdel” əməliyyat keçirdi – Saxlanılanlar var

İctimai nəqliyyat 09 İyul 2020 | 15:54
OXUNUB: 1461

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Kənd Təsərrüfatı Nazirliyinin bir sıra qurumlarında əməliyyat keçirməsi haqda məlumat yayılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri  Vüqar Hüseynov  Avtosfer.az-a bildirib ki, bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb: “Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyat Kənd Təsərrüfatı Nazirliyinin müraciəti və təşəbbüsü əsasında keçirilir”.

V.Hüseynov əlavə edib ki, əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man