Koronavirus dövründə istirahət üçün ən təhlükəsiz marşrutlar AÇIQLANDI

Maraqlı 08 İyul 2020 | 11:21
OXUNUB: 906

Rusiya vətəndaşlarının əksəriyyəti bağ evini COVID-19 pandemiyası dövründə ən təhlükəsiz istirahət məkanı hesab edir. Lenta.ru bu barədə onlayn səyahət paketləri təşkil edən şirkətlərin apardığı sorğuya əsasən məlumat yayıb. Rəyi soruşulanların 53 faizi pandemiya dövründə bağ evlərinin ən etibarlı məkan olduğunu bildiriblər.

Respondentlərin 13 faizi hesab edir ki, tətili çimərliklərin yerləşdiyi bölgələrdə keçirmək təhlükəlidir və Kareliya, Altay kimi regionlar bu baxımdan daha əlverişlidir.

Doqquz faizi rusiyalı isə istirahət vaxtı infeksiyaya yoluxmamaq üçün Rusiya adalarına getməyi məsləhət görür.

Sorğuda iştirak edənlərin səkkiz faizi Avropaya səyahət etməyə, altı faizi Rusiyada müalicə və kurort tətillərinə üz tutmağa, iki faizi isə MDB ölkələrinə səfərlərə üstünlük verir.

 

oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man