Serjantlıqdan polkovnik rütbəsinə qədər keçən ömür - Nekroloq

İctimai nəqliyyat 07 İyul 2020 | 18:41
OXUNUB: 3407

Uzun illər daxili işlər orqanlarında çalışmış, təqaüddə olan polkovnik Eldar Qalabəyov bu gün 69 yaşında dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, Eldar Əsgər oğlu Qalabəyov 1951-ci ildə Naxçıvanda dünyaya gəlib. Uzun illər dövlət yol polisi sistemində çalışıb. Naxçıvanda Dövlət Yol Polisinin inspektoru kimi fəaliyyətə başlayan Eldar Qalabəyov daha sonra Culfa rayon Yol polis şöbəsinin rəisi işləyib, eyni zamanda Naxçıvanda imtahan qeydiyyat idarəsinə rəhbərlik edib. Eldar Qalabəyov həmçinin polis məktəbində rəis müavini vəzifəsində də çalışıb. 1994-cü ildə Bakı Şəhər Dövlət Yol Polis İdarəsində alay komandirinin müavini kimi fəaliyyət göstərib. Serjantlıqdan polkovnik rütbəsinə qədər yüksələn Eldar Qalabəyov ümumilikdə 35 ildən çox daxili işlər orqanlarında xidmət keçirib.
Qeyd edək ki, Eldar Qalabəyov Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, hazırda Nərimanov rayon Polis İdarəsində çalışan Cəmşid Hənifəyevin qayınatasıdır.
Avtosfer.az kollektivi adından mərhumun yaxınlarına və Cəmşid Hənifəyevə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man