Dirəyə və 3 maşına çırpılan “Toyota” iki hissəyə bölündü – ANBAAN VİDEO

Nəqliyyat TV 07 İyul 2020 | 16:53
OXUNUB: 2586

Rusiyanın Kemerov əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə “Yermakova” prospektində qeydə alınıb.

Məlumata görə, 20 yaşlı sürücü idarə etdiyi “Toyota Mark II” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi yüksək sürətlə öncə bordürə, daha sonra işıqlandırma dirəyinə, ən sonda isə park edilmiş 3 avtomobilə çırpılıb. Zərbənin təsirindən “Toyota” iki hissəyə bölünüb.

Qəza nəticəsində avtomobilin 22 yaşlı qadın sərnişini aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man