Qubaya istirahətə gedən sürücüləri yol polisi cərimələdi - FOTO

İctimai nəqliyyat 07 İyul 2020 | 15:35
OXUNUB: 1140

Qubaya icazəsiz istirahətə gələn sürücülər məsuliyyətə cəlb olunublar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinə istirahət məqsədi ilə gələn sürücülərə qarşı reyd keçirilib. Polis inspektorları tərəfindən sürücülər saxlanılaraq sənədləri planşetlərlə yoxlanılıb. Onlar arasında  çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər, həmçinin heç bir icazəsi olmayanlara da rast gəlinib. 

Reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan Bakı şəhəri, eləcə də digər rayonlardan qaydaları pozaraq şəxsi nəqliyyat vasitələri ilə istirahətə gələn sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər Quba RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man