Bir ailənin olduğu “Toyota” 100 metr hündürlükdən düşdü; ana və iki uşağı öldü, ata ağır yaralandı - FOTO

Yol qəzaları 07 İyul 2020 | 13:37
OXUNUB: 1755

Çeçenistanda minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə “Qroznı – İtum-Kali” avtomagistralının 65-67-ci kilometrliyində qeydə alınıb. Bu barədə iyulun 7-də respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, içərisində bir ailənin 4 üzvünün olduğu “Toyota Camry” markalı avtomobil, sürücünü idarəetməsindən çıxaraq təxminən 100 metr hündürlükdən Arqun çayının kənarına düşüb. Qəza nəticəsində ana və onun 2 azyaşlı uşağı aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər, sürücü – ata isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, ailə gecə saatlarında qonaqlıqdan evlərinə Qroznıya qayıdırlarmış.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man