Sürücü mübahisə etdiyi həmkarına silahla hədə-qorxu gələrək onu döyüb - VİDEO

Nəqliyyat TV 06 İyul 2020 | 23:26
OXUNUB: 1818

Türkiyənin Kocaeli əyalətində sürücü, yol verməmək üstündə düşən mübahisə zamanı həmkarına silahla hədə-qorxu gələrək onu döyüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident Çayırova rayonunun Atatürk məhəlləsində baş verib.

İddiaya görə, 2 avtomobilin sürücüsü arasında yol verməmək səbəbindən mübahisə yaşanıb.

Bundan sonra sürücülərin bir-birlərinin üzərinə hücum çəkdiyini görənlər, mübahisənin böyüməməsi üçün onları ayırmağa çalışıblar. Ancaq bu zaman qara avtomobilin sürücüsü baqajdan tapançanı götürərək həmkarının üzərinə yeriyib. Silahı görənlər isə özlərini qorumaq üçün oradan uzaqlaşıblar. Silahlı şəxs, maşınına sığınan sürücüyə təpik ataraq, onu tapançanın arxası ilə vurub. Daha sonra silahı qarşısındakı şəxsə tuşlayaraq sürücü və sərnişinin avtomobillərinə mindirib. Özü də avtomobilinə minərək hadisə yerindən uzaqlaşıb. Baş verənlər isə həvəskar kamera tərəfindən qeydə alınıb. Sosial şəbəkədə yayımlanan kadrları izləyən polis, araşdırma apararaq hər iki dava iştirakçını saxlayıb.

Hazırda araşdırmalar davam etdirilir.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man