Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: çox sayda YARALI VAR- FOTO

Yol qəzaları 06 İyul 2020 | 09:35
OXUNUB: 1525

Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı biri 6 yaşlı uşaq olmaqla 8 nəfər xəsarət alıb. Avtosfer.az Apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "VAZ 2115" markalı digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə avtomobillərdə olan sürücü və sərnişinlər xəsarət alıb. Sərnişinlərin arasında 6 yaşlı uşaq da var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları və təcili tibbi yardım əməkdaşları çağırılıb. Yaralılar Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, yaralıların və sürücülərin kimliyi araşdırılır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man