Yük maşını ilə toqquşan “VAZ” əzik-əzik oldu; 3 nəfər hadisə yerində öldü – FOTO

Yol qəzaları 05 İyul 2020 | 18:45
OXUNUB: 995

Rusiyanın Kemerov əyalətində minik avtomobilinin və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 5-də 17:50-də P-255 “Sibir” avtomagistralının 302-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü, idarə etdiyi “VAZ-2110” markalı minik avtomobillə hərəkətdə olarkən naməlum səbəblərdən sükan idarəetməsini itirərək yolun  əks istiqamətinə çıxaraq qarşıdan gələn “MAN” markalı yük maşını ilə toqquşub.

Zərbənin təsirindən “VAZ” deformasiyaya uğrayıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və iki sərnişini – qadın və azyaşlı uşaq vəfat ediblər.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib, hazırda araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man