Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub,sürücü yaralanıb - FOTO

Yol qəzaları 04 İyul 2020 | 20:50
OXUNUB: 1720

Bakı-Qazax magistralının 136-cı kilometrliyində Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Gədəbəy sakini, 1984-cü il təvəllüdlü Sülhəddin Qurbanovun idarə etdiyi mişar daşı ilə yüklənmiş  “HOVO” markalı avtomobil hərəkətdə olarkən 100-dən çox iribuynuzlu heyvanla yüklü olan Ukrayna vətəndaşının idarə etdiyi  “VOLVO” markalı TIR arxadan ona çırpılıb. Nəticədə daşla yüklənmiş yük avtomobili aşıb, mişar daşları yola tökülüb. 

“HOVO” markalı yük avtomobilinin sürücüsü müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər sürücünün sol qolunun amputasiya təhlükəsinin olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır. (APA)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man