2 İyul “Polis günü” münasibətilə “Jurnalistika və İnkişaf Mərkəzinin” təşəbbüsü və Avtosfer.az saytının dəstəyi ilə Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları təbrik olunub. Rayon Dövlət Yol Polisi Şöbələrində pandemiya dövründə xidmətləri olmuş əməkdaşlara təşəkkürnamələr verilib.
Avtosfer.az saytının redaktoru Orxan Əli yol polisi əməkdaşlarını təbrik edərək bildirib ki, istər xüsusi karantin rejimində, istərsə də digər vaxtlarda insanların təhükəsizliyinin təmin olunmasında yol polislərinin müstəsna xidmətləri var.
Onlar əhalinin təhlükəsizliyi ilə yanaşı yol hərəkətinin tənzimlənməsi istiqamətində mühüm işlər görüblər.
Xəzər Rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis leytenantı Elsevər Hümbətov göstərilən diqqətə görə təşəkkürünü bildirib. Qeyd edib ki, yol polisi əməkdaşları hər zaman vətəndaşların təhlükısizliyinin keşiyində dayanır.
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man