Bakıda qaydaları kobud şəkildə sürən motosiklet sürücüsü həbs edilib. Avtosfer.az xəbər verir ki, "WOLT" şirkətində çalışan 1994-cü il təvəllüdlü, Hacıyev Eltən Siyavuş oğlu saxlanılan zaman onun idarə etdiyi motosikletin dövlət nömrə nişanı, eyni zamanda özünün sürücülük vəsiqəsi olmayıb. Yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücü onlarla mübahisə edib, hətta xəsarət yetirməyə çalışıb.
Saxlanılan sürücü aidiyyəti üzrə Səbail rayon 29-cu polis bölməsinə təhvil verilib. Onun barəsində toplanmış materiallar Səbail rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə Eltən Hacıyev 20 gün müddətində inzibati qaydada həbs olunub.
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man