Bu həftəsonu növbəti Ay tutulması olacaq

Maraqlı 03 İyul 2020 | 15:14
OXUNUB: 953

Bu ilin üçüncü Ay tutulması hadisəsi iyulun 5-də baş verəcək. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Avtosfer.az-a verilən məlumata görə, yarımkölgəli Ay tutulması hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq.

Tutulmanın maksimumu saat 04:31-də müşahidə olunacaq. Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq. 

Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man