Feminist aksiyasında iştirak edən hicablı qız dayısı tərəfindən döyüldü

10 Mart 2020 | 21:00
OXUNUB: 13263
 Feministlərin icazəsiz 8 Marş aksiyasının hicablı iştirakçısı Zəhra Kələntərova şiddətə məruz qalıb.

Sfera.az xəbər verir ki, aksiyanın səhəri günü - 9 mart tarixində dayısı evlərinə hücum çəkib.

Aksiyada iştirak etdiyinə görə Zəhranı döyüb, təhqir edib və boğmağa çalışıb. Anası Fatimə xanım qızını qorumaq istəyərkən onu da döyüb. Bacısını və bacısı qızını döyməklə sakitləşməyən dayı evdəki bəzi əşyaları sındırıb. Gedərkən Zəhranı və anasını öldürəcəyi ilə təhdid edib.

"Dünən getdiyim 8 MARŞ yürüyüşünə görə bu gün dayım evə "söhbət eləmək" niyyəti ilə gəlib mənə qarşı şiddət göstərdi, boğmağa cəhd etdi. Hələ bunlar bəs etməyə-etməyə ölümlə hədələdi”, - deyə Kələntərova facebook səhifəsində yazıb.

16 yaşlı Zəhrə dayısının dostu tərəfindən də ölümlə hədələndiyini bildirir. Ona yazılan mesajları skrin edərək paylaşıb.

Hüquq mühafizə orqanları bu məlumatlarla bağlı hələ şərh verməyib.

Xatırladaq ki, martın 8-də Feminist Hərəkatı "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı ilə Bakıda yürüş keçirib. Aksiyada "Şiddətə susma!” şüarı da qaldırılıb. Yürüş "Küçələrdən qorxma, azadlığını boğma!” şüarı ilə başlayıb. Daha sonra "Susmaq yoxdur, üsyan var!” şüarları səsləndirilib, qadın hüquq və azadlıqları ilə bağlı plakatlar qaldırılıb. (baku.ws)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man