Göyçayda bir neçə dəqiqə ara ilə eyni küçədə 3 qəza baş verdi; xəsarət alanlar var – FOTO

Yol qəzaları 02 İyul 2020 | 20:07
OXUNUB: 1011

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu gün saat 15:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində "Mercedes" və "Lada" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Mercedes" yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı sərnişin, Qarayazı kənd sakini, 1961-ci il təvəllüdlü Mustafayeva Kainat Əzim qızı xəsarətlə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni vaxtda həmin küçədə "Mercedes" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Bir neçə dəqiqə sonra həmin yerdə "VAZ-2109" markalı minik avtomobili yolu keçən piyada, Göyçay şəhər sakini, 1987-ci il təvəllüdlü Əlimərdanova Günay Rəcəb qızını vurub. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər üç faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man