Rusiyanın Tula şəhərində qadın sürücü idarə etdiyi avtomobillə avtotəmir sexində aləmi bir-birinə qatıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri “Kominterna” küçəsində yerləşən avtotəmir sexinin təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda, avtomobilini təmirə sexinin həyətində park etmək istəyən xanım sürücünün əyləclə qazın yerini səhv saldığı və bundan sonra “Jaguar”ı öncə “Peugeot”ya daha sonra “Niva”ya ardınca da servisin qapısına çırpdığı görülür.
Videoda avtomobillərə və qapıya dəyən zərərin nə qədər böyük olduğu da əks olunub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man