Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayondakı Bayraq Meydanının yaxınlığında qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı minik maşını digər minik avtomobili ilə toqquşub. Qəza zamanı 2 nəfər - 1998-ci il təvəllüdlü Kəpəz Göyüşov və 2000-ci il təvəllüdlü Aydın Yusibov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man