Lerikdə avtomobilin dağdan aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub

Yol qəzaları 02 İyul 2020 | 11:13
OXUNUB: 723

Lerik rayonunda avtomobilin dağdan aşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralananların şəxsiyyəti məlum olub. Hadisə nəticəsində 3 nəfər - "UAZ" markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Habil Əzimov, 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev və Elnarə Dadaş qızı İbrahimova ölüb.

İki nəfər isə - 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalovvə 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova isə yaralanıb.


*** 09:36

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Avtomobildə olan daha bir nəfər - Bürsülüm kənd sakini, 1984-cü il təvəllüdlü Zeynalov Mübariz İxtiyar oğlu isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.  (Report) 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man