2 İyul “Polis günü” münasibətilə “Jurnalistika və İnkişaf Mərkəzinin” təşəbbüsü və Avtosfer.az saytının dəstəyi ilə Sumqayıt şəhərindəki karantin poztlarında, eyni zamanda digər küçə və prospektlərdə xidmət aparan yol polisi, Post Patrul Xidməti əməkdaşlarının, Daxili Qoşunların şəxsi heyətinin peşə bayramı təbrik olunub. Xidmət apardıqları ərzilərdə, o cümlədən Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində pandemiya dövründə xidmətləri olmuş əməkdaşlara təşəkkürnamələr verilib. “Jurnalistika və İnkişaf Mərkəzinin” rəhbəri Elməddin Muradlı, Avtosfer.az saytının redaktoru Orxan Əli yol polisi əməkdaşlarını təbrik ediblər. Bildirilib ki, istər xüsusi karantin rejimində, istərsə də digər vaxtlarda insanların təhükəsizliyinin təmin olunmasında yol polislərinin müstəsna xidmətləri var.
Polis əməkdaşları göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər. “Sirab” şirkəti tərəfindən təqdim olunmuş hədiyyələr də polis əməkdaşlarına verilib.
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man