“BMW” yeraltı keçidin divarına çırpıldı; sürücü huşunu itirdi - VİDEO

Nəqliyyat TV 01 İyul 2020 | 15:41
OXUNUB: 1812

Rusiyanın Novosibirsk şəhərində minik avtomobili yeraltı keçidin divarına çırpılıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 1-də günorta saatlarında “Vosxod” və “Kirov” küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, 34 yaşlı sürücü idarə etdiyi “BMW” markalı minik avtomobillə, döngəyə girmək istəyərkən sükan idarəetməsinin itirərək yol kənarındakı yeraltı keçidin konstruksiyasına çırpılıb.

Qəza nəticəsində sürücü huşunu itirib. Avtomobilə isə ciddi ziyan dəyib.

Hadisə yerinə Yol Polis Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man