ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16CM Fighting Falcon” tipli qırıcı təyyarə qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 1-də səhər saatlarında Cənubi Karolina ştatında qeydə alınıb. Bu barədə Şou aviabazasının rəsmi “Facebook” hesabından məlumat verilib.
Məlumata görə, Şou aviabazasından, təlim-məşq uçuşu üçün havaya qalxan təyyarə bir müddət sonra radarlardan itib.
Bildirilir ki, göyərtədə 1 pilot olub və o, katapult edə bilməyərək dünyasını dəyişib.
Qeyd edilir ki, onun adı, ailəsi baş vermiş hadisə ilə bağlı məlumatlandırılmayana qədər açıqlanmayacaq.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man