Sürətlə idarə olunan avtobusun təkəri yerindən çıxdı;18 nəfər öldü - FOTO

Yol qəzaları 30 İyun 2020 | 19:32
OXUNUB: 897

Nigeriyanın şərqində ştatlararası reys avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 30-da Abiya ştatında qeydə alınıb. Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, sürücü tərəfindən yüksək sürətlə idarə olunan, Aba (Abiya ştatında yerləşən şəhər) şəhərindən Overri (İmo ştatı) şəhərinə gedən sərnişin avtobusu, anidən təkərinin yerindən çıxması səbəbindən idarəetmədən çıxaraq dəfələrlə çevrilib.

Polis, agentliyə ölənlərin dəqiq sayı barədə açıqlama verməyib. Ancaq “Daily Sun” nəşrinin bildirdiyinə görə, qəza nəticəsində 18 sərnişin dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man