Rusiyanın Leninqrad əyalətində turist avtobusu yanıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident iyunun 30-da səhər saatlarında “Novopriozeersk” şosesində qeydə alınıb.
Məlumata görə, içərisində turistlərin olduğu avtobus hərəkətdə olarkən anidən mühərrik hissəsindən alışıb. Digər hərəkət iştirakçılarının xəbər verməsi ilə, sürücü avtobusu sağa çəkərək sərnişinləri salondan evakuasiya edib. Xoşbəxtlikdən hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Lakin, avtobus tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man