Xəbər verdiyimiz kimi, koronavirus pandemiyasını ilə mübarizə məqsədi ilə ölkəmizdə bəzi şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.
Avtosfer.az “MediaPost”a istinadən xəbər verir ki, Bakının girişində quraşdırılan postlarda xidmət aparan polislər rüşvət aldığına görə işdən uzaqlaşdırılıb.
Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, postlarda xidmət aparan bir neçə polis əməkdaşı tutduğu vəzifədən azad edilib:
“Onların rüşvət aldığına görə işdən uzaqlaşdırılması haqqında bir şey deyə bilmərəm. Amma xidmət vaxtı kobud qayda pozuntularına yol verən, sərnişinlərin postu keçməyinə göz yuman bir neçə əməkdaş işdən çıxarılıb".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man