Son 40 il ərzində “uçan boşqab”ın ən yaxşı şəkli çəkildi - FOTO

Maraqlı 30 İyun 2020 | 10:12
OXUNUB: 2249

Polşada  Uçan Naməlum Obyektin (NUO) şəkli çəkilib. Fotolar yüksək keyfiyyəti ilə seçilir, hazırda mütəxəssislər görüntülərin saxta olub-olmadığını araşdırırlar.

Bu barədə “The Mirror” xəbər yayıb.

Məlumata görə, Yastrovo kənd sakini velosipedlə gedərkən qəribə səs eşidib. Geri boylananda havada uçan vəziyyətdə qəribə obyekt görüb. Kəndli “uçan boşqab” gözdən itənə qədər onun şəklini çəkməyə müvəffəq olub.

Sonradan çəkdiyi beş şəkli polşalı ufoloq Robert Bernatoviçə göstərib. Yastrovo kənd sakini başqaları onu psixi problemləri olan insan kimi tanımasın deyə, adının çəkilməsini istəməyib.

R.Bernatoviç Britaniya NUO Tədqiqat Birliyinin istintaq şöbəsinin keçmiş rəhbəri Filip Mentleyə müraciət edib. O, şəkillərə baxdıqdan sonra bunun NUO-larla bağlı son 40 il ərzində çəkilmiş ən yaxşı şəkli olduğunu bildirib.

Şəkilləri araşdıran ekspert Ceyson Qliv də şəkillərin saxta olmadığını təsdiqləyib.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man