Şəmkir rayonunda koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür.
Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.
Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man