"Azərişıq" ASC-nin maşını "KamAZ"la toqquşub bu hala düşdü - Xəsarət alanlar var - VİDEO

Yol qəzaları 29 İyun 2020 | 10:55
OXUNUB: 1195

Qubada iki yük avtomobili toqquşub, xəsarət alanlar var. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində baş verib. Hadisə nəticəsində iki yük avtomobili toqquşub.

Hadisə şahidlərinin bildirdiyinə görə, hadisəyə səbəb "Azərişıq" ASC-yə məxsus xidməti avtomobilin qarşısına qoyunların çıxması olub. Nəticədə arxadan gələn "KamAZ" sürəti tənzimləyə bilmədiyindən "QAZ 53"ə çırpılaraq yoldan çıxıb.

Sürücülər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man