Bakı metrosunda yeni vaqonların sayı 65-ə çatdırıldı

Yeniliklər 29 İyun 2020 | 10:03
OXUNUB: 704

"Bakı Metropoliteni" QSC bu gün 2 yeni qatarını xəttə buraxacaq. 

Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qatarlar "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edəcək. 

"Digər iki qatarın da xəttə buraxılması üçün sazlanma işləri gedir. Təxminən iyulun ilk yarısında onlar da sərnişinlərin istifadəsinə veriləcək", - metro rəsmisi qeyd edib. 

Xatırladaq ki, hazırda metronun vaqon parkı 280 vaqondan ibarətdir. Onun 55-i yeni nəsil vaqonlardır. Bu gün xəttə çıxacaq vaqonlarla birlikdə bu say 65-ə çatdırılacaq. Növbəti qatarlarla birlikdə isə bu rəqəm 75 olacaq.

Ötən ilin oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man