Türkiyənin İstanbul şəhərində avtomobilini yolun ortasına park edib dükana gedən sürücü, az qala faciəyə səbəb olacaqdı. Avtosfer.az “İHA”ya istinadən xəbər verir ki, Efeler rayonunun ən hərəkətli küçələrindən olan “Adnan Menderes”də, bazarlıq etmək üçün avtomobilini yolun ortasına park edən sürücü, maşının əl əyləcini çəkməyi yaddan çıxarıb. Bunun nəticəsində bir müddət sonra avtomobil hərəkət etməyə başlayıb. Bunu fərq edən bir vətəndaş qapıları bağlı olan maşının qapısındakı dəstəkdən tutaraq saxlamağa çalışıb və onun köməyinə ətrafdakı ticarətçilər də gəlib. Bundan sonra maşının sahibini tapmaq istəsələr də, buna nail olmayıblar. Onlar avtomobilin təkərinin altına yol nişanı qoyaraq hərəkət etməsinə mane olublar və baş verə biləcək faciənin qarşısını alıblar.
Hadisədən xəbərsiz olan sürücü isə, heç nə olmamış kimi avtomobilinə minərək oradan uzaqlaşıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man