Azərbaycanda koronavirusa görə ayrılmış karantin zonasından reportaj - VİDEO

02 Mart 2020 | 20:45
OXUNUB: 5634
 

Azərbaycanda koronavirusa görə xüsusi ayrılmış xəxtəxanalarda karantin zonaları yaradılıb.

Sfera.az-ın məlumatına görə, Real TV-nin əməkdaşı belə xəstəxanalardan biri ilə tanış olmaq imkanı əldə edib.

Xəstəxananın baş direktoru Emin Hüseyn karantin zonasında koronavirus şübhəli xəstələr üçün yaradılmış şərait haqqında məlumat verib. O bildirib ki, xəstələr üçün ayrılmış stasionar şöbəyə giriş-çıxış tam məhdudlaşdırılıb.

E.Hüseyn deyib ki, karantin zonasında olan xəstələr yoluxma ehtimallı şəxslərlə təmasda olduqları üçün nəzarətdədirlər. Onlardan analizlər götürülüb, heç birinin virusa yoluxduğu təsdiqlənməyib. Lakin Ümumdünya Səhiyyə Təşkilatının protokoluna əsasən onların 14 gün ərzində karantində olmaları vacibdir.

Karantində olan şəxslər də müsahibə verərək vəziyyətləri haqqında məlumat veriblər.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man