Türkiyənin Ankara şəhərində sürücü, yolda mübahisə etdiyi şəxsləri döyüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, 26 yaşlı Ümid Ö., yolda 3 nəfərin hücumuna məruz qalıb. O, özünü qorumaq üçün xuliqanlıq edən şəxsləri yumruq və ayaq zərbələri ilə yerə sərib. İnsidentin görüntüləri isə təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda, Ümidin çəhrayı rəngli avtomobildən enərək ağ rəngli maşının salonundan düşən 3 nəfərin yanına yaxınlaşdığı və onlarla dalaşdığı görülür.
Bir müddət davam edən dava, ətrafda yaşayan sakinlərin gəlməsi ilə sona çatır.
Ümid Ö., “Onları döymək niyyətim yox idi, sadəcə özümü müdafiə etmişəm”, – deyə iddia edib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man