Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə iyunun 24-ü saat 19:30 radələrində Nardaran-Pirşağa yolunun Pirşağa qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Elşən Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən velosipedçi, 1968-ci il təvəllüdlü Azad Zeynalovu vuraraq öldürüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. (Report)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man